3 otaqlı evdə yanğın olub

26 Mart 2017 10:22 (UTC+04:00)

Neftçala rayonu, Həsənabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 104 m² olan qamışdan ibarət birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 28 m² sahədə yanıb. SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.