Güclü zəlzələ baş verib

26 Mart 2017 09:49 (UTC+04:00)

İslandiya sahillərində 5,0 bal gücündə zəlzələ baş verib. SİA-nın "gazeta.ru"ya istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Reykvikdən 435 km şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.