İmişlidə “Mercedes” avtomobili dərəyə aşıb

26 Mart 2017 06:44 (UTC+04:00)

Dünən İmişlidə yol qəzası nəticəsində sürücü xəsarət alıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayonun Bəcrivan kəndində "Mercedes" markalı minik avtomobilinin sürücü 1980-ci il təvəllüdlü Hüseynov Eldəniz Famil oğlu idarəetməni itirib. Nəticədə avtomobil dərəyə aşıb.Sürücü müxtəlif xəsarətlərlə İmişli mərkəzi rayon xəstəxanasına çatdırılıb.