İsmayıllıda 5 otaqlı evdə yanğın olub

26 Mart 2017 00:03 (UTC+04:00)

Dünən İsmayıllı rayonu, Qıçatan kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 m² olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.