"Ya Avropa İttifaqı vahid olacaq, ya da ümumiyyətlə olmayacaq"

25 Mart 2017 22:14 (UTC+04:00)

"Ya Avropa İttifaqı vahid olacaq, ya da ümumiyyətlə olmayacaq". APA-nın xəbərinə görə, bunu Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk Aİ-nin Romada keçirilən sammitində bildirib. "Yalnız vahid Avropa, yalnız müstəqil Avropa demokratiyanın zəmanəti ola bilər", - deyə D.Tusk qeyd edib.

Budəfəki sammitdə Aİ-ni tərk edən Böyük Britaniya iştirak etmir.