Xəzər dənizində zəlzələ olub

25 Mart 2017 17:08 (UTC+04:00)

Bu gün Xəzər dənizində 3,2 bal gücündə zəlzələ olub. SİA xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 12:39:48-də Qaladan 17 kilometr şərqdə Xəzər dənizində qeydə alınıb.

Yeraltı təkanların ocağı 61 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.