Vanda qar uçqunu baş verib

19 Mart 2017 10:38 (UTC+04:00)

Türkiyənin Van bölgəsində Van-Çatak şosesinin 10-cu kilometrliyində böyük qar uçqunu baş verib. Hadisə nəticəsində şosedə hərəkət dayanıb.

Hadisə yerinə rəsmi şəxslər və müvafiq qurumların nümayəndələri gəliblər. Hazırda yolun qardan təmizlənməsi və hərəkətin bərpası üçün tədbirlər görülür.