Bakıda motosiklet aşıb, sürücü ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,, martın 17-də saat 12 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində Bakı şəhər sakini Elvin İldarov idarə etdiyi "Honda" markalı motosikleti aşırıb. Nəticədə E.İldarov hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.