Suriyanın paytaxtı Dəməşqdəki Ədalət sarayının binasında güclü partlayış baş verib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, hadisə nəticəsinə 25 nəfər həlak olub. Çox sayda yaralı var. Partlayıcı qurğu binanın foyesində işə salınıb. Hadisəni kamikadzenin törətdiyi bildirilir.