Qızıl haqqında bilmək istədiyiniz hər şey DİQQƏTLİ OLUN!

10 Mart 2017 11:11 (UTC+04:00)

Qızıl bahalı metal olmaqla yanaşı, xanımların sevimlisi və vazkeçilməz bəzək əşyasıdır. Qızıl metalı həmişə oz gözəlliyini və aktuallığını qoruyub saxlayır. Bəzək əşyalarını seçərkən insanlar məhz bu nəcib metala üstünlük verirlər. Qızıl paslanmır, allergiya vermir və rəngi solmur. Yəni allergiyadan əziyyət çəkən insanlar üçün qızıl bəzək əşyası kimi mükəmməl seçim olardı.

Ərintidə qızılın miqdarı ölçü vahidi kimi karat hesab edilir. Dünya bazarında qızıl məmulatlarının keyfiyyəti qəbul edilmiş vahid 24 karat sisteminin köməyi ilə təyin edilir. Karatın vahidinin miqdarı nə qədər çox olarsa, bu zaman, ərintidə qiymətli metalın faiz miqdarı o qədər çoxdur. Zərgərlik məmulatlarında "proba", yəni əyyar anlayışı hər kəsə məlumdur. O, ərintinin 1000 hissəsinə düşən qiymətli metalın miqdarını bildirir.

Qızılın görünüşünün bir qayda olmasına yəni ağ və qara qızılı rənginə hər birimiz alışmışıq. Qızıla əlavələr etməklə ağ, çəhrayı, və ya qara rəngi dəyişə bilir. Belə ki, qızılın rəngi tərkibinə daxil olan mis, platin, gümüş kimi metalların sayəsində dəyişir. Məsələn, qızıla nikel, palladium əlavə edərək ağ rəngdə, mis əlavə edərək çəhrayı rəngdə qızıl almaq olar. Zərgərlik məmulatının istehsalı vaxtı onların tərkibinə gümüş əlavə olunarsa, bu zaman həmin metal yaşımtıl çalar əldə edəcək.

Bəzən alınan qızılın sonradan heç də həmin tərkibə malik olmadığı müəyyən edilir. Beləliklə qızıl alan zaman nəyə diqqət edilməlidir?

Qızıl alan zaman insanlar daha çox 2 məsələyə diqqət etməlidirlər. Problemin birincisi qızılın əyyarı ilə bağlı olur. Belə ki, saxta probla aşağı əyyarlı bir məhsulun yüksək əyyar adı ilə satılma halları baş verə bilər. Belə məmulatlar daha çox sexlərdə hazırlanır və zavod məhsulu kimi alıcılara təqdim olunur.

İkinci məqamı isə qızılın tərkibinə nəzərdə tutulan həddən çox əlavə qatqılarla olur. Bu zaman daha çox misdən istifadə edilir və qızılın çəkisini artırmaq məqsədi daşıyır. Bu hallar çəkisi çox olan yəni nisbətən böyük bəzək əşyalarında daha çox müşahidə edilir. Belə hallarla qarşılaşmamaq üçün xüsusi bir daşla yağlar var ki, bunun vasitəsi ilə qızılın orjinal olub-olmaması müəyyən edilir. Bunlardan əlavə kislota vasitəsilə də bu təcrübəni aparmaq mümkündür. İstənilən şəxs bunları alıb qızılın saxta və ya orijinal olmasını rahatlıqla ev şəraitində yoxlaya bilər.

Bundan başqa Nazirlər Kabinetinin 2008-ci ildə təsdiqlədiyi qızıl və digər qiymətli əşyaların istehsalı və satışı ilə bağlı yeni qaydalara görə, ölkədə qızıl və digər qiymətli məişət əşyaları satışa çıxarmamışdan əvvəl Dövlət Əyar Palatası (DƏP) tərəfindən damğalanır.
Qızıl alan zaman qızıla verilən müxtəlif problarla diqqət etmək lazımdır. Həmin probla qızılın tərkibinin nə qədər qızıldan olduğu və hansı ölkəyə aid olduğu qismən bilinir. Keçmiş SSR ölkələrində o cümlədən, Azərbaycanda 1000-lik prob sistemindən istifadə edirlər. Qərb ölkələrində isə qızılı karat sistemi ilə sayırlar. Bu hesablamaya əsasənn təmiz qızıl 24 vahiddən yəni karatdan ibarətdir. Bir qayda olaraq, qızıl məmulatlarının üzərində, qızılın çəkisi, probu, yəni əyyarı bəzən firma nişanı göstərilir. Qızılın əyyarına baxıb hansı ölkənin istehsalı olduğunu müəyyənləşdirə bilərik. Belə ki, aşağı hissəyə nəzər salmaqla qızılın probu və karatı haqqında məlumatlanmaq olar.

24k – təmiz qızıl. Tərkibi 100% qızıldan ibarətdir.

18k – bizim 750 prob qızıla bərabərdir. 24 vahiddən 18-i qızıl qalanı isə digər metallardır. Tərkibində 75% təmiz qızıl var.

14k – bizim 583 prob qızıldır. Tərkibində 58,3% təmiz qızıl var. Bəzi ölkələrdə isə 585 prob kimi qəbul olunub.

12k – tərkibində 50%-i qızıl, qalanı ise digər dəyərli metallarla zəngindir.

10k – bizim 417 prob qızıldır. Tərkibində 41,7% təmiz qızıl var.

ABŞ-da qızılları bu sistemlə hesablayırlar. Avropada isə yuxarıda sadalananlardan yalnız 18k, 14k ve 10k qızıl istifadə olunur. Gündəlik isifadə üçün məsləhət görülən qızıl probu 750-dir(18k).

Hər kəsə maraqlı suallardan biri də qızılı nəyə görə başqa metallarla qatırlar?

Qızıl əsas xüsusiyyətlərindən biri onun plastikliyi və yumşaqlığıdır ki, bu xüsusiyyətlərin sayəsində bəzəklərə lazımlı formanı vermək olur Satışda temiz qızıldan(24k ) olan zinət əşyaları da tapmaq mümkündür. Lakin qızıl yumşaq metal olduğundan, gündəlik istifadə üçün yararız olur. Buna görə, qızılın tərkibinə müxtəlif metallar qatılır. Zərgərlər bu vasitə, yəni metalların köməyi ilə nəinki qızılın möhkəmliyini artırır, rəngini də dəyişə bilirlər. Lakin bu müəyyən miqdarda edilir, çəkini artırmaq üçün edilmir. Qızıl çox sürtünmə nəticəsində yeyilə bilən qiymətli metaldır. Həmçinin, qızıl alıb saxlıyan zaman bu metalı bir qabda digər metallarla yanaşı qoymaq olmaz. Buna gümüş, və bujuteryalar da daxildir.