Qubada Beynəlxalq Qadınlar Günü qeyd olunub

7 Mart 2017 17:35 (UTC+04:00)

YAP Quba rayon təşkilatının və Quba rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov cəmiyyətdə və ailədə xalqımızın milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna roluna nəzər salaraq ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak etdiklərini vurğulayıb.

YAP Quba rayon təşkilatının sədri Yusif Abidov Ümummilli Lider Heydər Əliyev tərəfindən qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində böyük işlər görüldüyünü vurğulayıb. Bildirib ki, çoxəsrlik ənənələrimizə sadiq qalan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəallığının artırılmasına xüsusi önəm verir. Onun rəhbərliyi ilə gender siyasəti, ailə və uşaqlara dövlət qayğısı istiqamətində geniş tədbirlər həyata keçirilir. Ölkəmizdə mühüm nailiyyətlərin əldə edilməsində Azərbaycan qadınının böyük əməyinin olduğunu bildirən Y.Abidov onları bayram münasibəti ilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb.

Quba rayon Ağsaqqallar Şurasının sədri, YAP Quba rayon təşkilatı idarə heyətinin üzvü Həsən Günəşli çıxışında ölkəmizdə həyata keçirilən qadın siyasətinə nəzər salıb.

Bayram tədbirində rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə, fərqlənən bir qurup qadına hədiyyələr təqdim olunub.

Sonra tədbir bədii hissə ilə davam etdirilib.

NƏZAKƏT