Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb

2 Mart 2017 12:04 (UTC+04:00)

Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. SİA-nın məlumatına görə, o, UEFA Gənclər Liqasının 1/4 final mərhələsinin MOİK (Rusiya) - "Benfika" (Portuqaliya) oyununu idarə edəcək. Ə.Ağayevə Rza Məmmədov və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını Aleksandra Ponomaryova yerinə yetirəcək.

Qeyd edək ki, MOİK - "Benfika" matçı martın 7-i keçiriləcək.