“Milan” “Liverpul”un hücumçusuna 30 milyon təklif edir

1 Mart 2017 21:04 (UTC+04:00)

"Liverpul"un hücumçusu Daniel Starric karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu "Milan"ın maraq dairəsindədi. "Rossonyerlər" 28 yaşlı futbolçunu əsas heyət üzvü Karlos Bakkaya layiqli əvəzləyici hesab edirlər. Belə ki, İngiltərə millisinin forvardı ilə anlaşma əldə edilərsə, "Milan" Bakkanı Çin klubuna satmağa razılıq verəcək. İtaliya təmsilçisi bu keçid müqabilində "Liverpul"a 30 milyon funt-sterlinq ödəməyə hazırdı.

Qeyd edək ki, Daniel Starric Milan şəhərinin digər təmsilçisi "İnter"in də transfer gündəmindədi.