Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputat seçilmiş Aqiyə Naxçıvanlı Milli Məclisdə vətəndaşları qəbul edib.
SİA-nın məlumatına görə, təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Ailə, qadın və uşaq məsələləri komitəsinə müraciət edən vətəndaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələlərlə maraqlanıb.
Müraciətlər arasında əsasən ailə, qadın, uşaq məsələləri, iş, təhsil, səhiyyə və digər sosial məsələlər və s. üstünlük təşkil edib.
Müraciət edən insanların problem və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən Aqiyə Naxçıvanlı bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib. Aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb. Qəbula gələn vətəndaşların bir neçəsinin müraciəti isə millət vəkili tərəfindən araşdırılmış və yerindəcə həlli edilib.
