Məktəblərdə çərşənbə iməcilikləri keçirilir FOTOLAR

28 Fevral 2017 17:36 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində çərşənbə iməcilikləri davam edir. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycanın adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından ibarətdir.

İməcilik zamanı paytaxtın ümumi təhsil məktəblərinin müəllim, şagird kollektivi və valideyn icmasının iştirakı ilə məktəblərin həyətyanı sahələri təmizlənib, ağacların dibi bellənib, gül-çiçək əkilib, abadlıq işləri görülüb. Habelə şagirdlərə ikinci çərşənbə olan od çərşənbəsinin mahiyyəti, adətləri barədə geniş məlumat verilib.

Qeyd edək ki, iməciliklərin növbəti çərşənbələrdə də davam etdirilməsi nəzərdə tutulub.