Qazaxıstan millisində yeni baş məşqçi FOTO

28 Fevral 2017 17:38 (UTC+04:00)

Qazaxıstanın futbol üzrə milli komandasının yeni baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, komandanı Aleksandr Borodyuk çalışdıracaq. Qazaxıstan Futbol Federasiyası rusiyalı mütəxəssislə 3 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, 54 yaşlı çalışdırıcı müxtəlif illərdə Rusiya millisində köməkçi məşqçi kimi işləyib. Onun son iş yeri Qazaxıstanın "Kayrat" klubu olub.