Meyxanaçı Namiq Qaraçuxurlu bu gün "Nəsib olsa" verilişində iştirak etməyəcək. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü "İnstagram" səhifəsində xəbər verib: "Bu gün cəbhədə baş verən hadisələrlə bağlı "Nəsib olsa" verilişinin qonağı ola bilməyəcəyəm. Məni gözləyənlərin nəzərinə çatdırmağı özümə borc bildim. Allah şəhidlərimizə rəhmət eləsin".