Beynəlxalq axtarışda olan şəxs tutulub

28 Fevral 2017 16:52 (UTC+04:00)

Beynəlxalq axtarışda olan Yaşar Aslanov tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsi (zorlama) ilə beynəlxalq axtarışda olan Yaşar Aslanov tutulub.