Sənətçilər Buraka bu hərəkətlərinə görə cavab verəcəklər

28 Fevral 2017 14:21 (UTC+04:00)

Türkiyəli aktyor Burak Özçivit əsəbləşib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, aktyorun qəzəblənməsinə səbəb iranlı sənətçilər Məcid Maks və Mehdi Moazamın Burakın səsindən və görüntüsündən istifadə edərək duet hazırlamaları olub. Burak onun səsinin icazəsiz istifadəsi üçün sənətçiləri məhkəməyə verəcək.

Qeyd edək ki, sənətçilər Burak Özçivitin "Kara sevda"dakı obrazının səsindən "To Namoond" mahnısında istifadə ediblər.