Azərbaycanlı müğənniyə 2500 manat ziyan dəydi

28 Fevral 2017 11:15 (UTC+04:00)

Əməkdar artist Səlim Abbasov yaradıcılığındakı yeniliklərdən söz açıb. SİA-ya açıqlama verən ifaçı yeni mahnılar yazdırdığını bildirib: "Üç yeni mahnım var. Bəstələrin musiqisi hazırdır. Amma sözləri hələ yazılmayıb. Bir neçə şair mahnılarıma yazılan sözləri təqdim etdilər. Lakin bəyənmədim".

Səlim klip çəkdirmək istədiyini də bildirib: "Bildiyiniz kimi, Azərbaycanda müğənnilər toylardan gəlir əldə edirlər. Hələ ki, el şənlikləri azdır. Maddi durumdan vəziyyətim yaxşı olan kimi "Azərbaycanım mənim" adlı bəstəyə klip çəkdirəcəm".

İfaçı bir neçə gün bundan öncə İranda olduğunu və xoşagəlməz hadisəylə qarşılaşdığını bildirib: "İranın Həmədan şəhərinə getmişdim. Orada 2500 manat dəyəri olan mikrafonlarım qaldı. İranda qaldığım otellə əlaqə saxlayıb, mikrafonlarımı geri istədim. Lakin onlar mikrafonların orada olmadığını dedilər. Çox pis oldum".