ABŞ hakimiyyətində daha bir milyarder Uilbur Ross

28 Fevral 2017 10:35 (UTC+04:00)

Amerika senatı 79 yaşlı Uilbur Rossun ABŞ-ın ticarət naziri vəzifəsinə təyin olunması təklifini qəbul edərək təsdiqləyib. SİA xəbər verir ki, bu barədə RİA Novosti yazır. Məlumata görə, Rossun namizədliyinə 100 senator səsinin yarıdan çoxu verilib.

Təyin olunmuş milyarder ticarət narizir barədə "Forbes" dərgisi də bəzi məlumatları yazıb. Belə ki, Uilbur Ross iflas olmuş şirkətlərin alqı-satqısı, eləcə də yenidən biznesə qaytarılması ilə məşğul olub. Rossun şəxsi büdcəsi 2,5 milyard dolları təşkil edir.

Rövşən NURƏDDİNOĞLU