Levon Zurabyan: “Ermənistanı uzunmüddətli fəlakətlər gözləyə bilər”

28 Fevral 2017 10:23 (UTC+04:00)

"Fevralın 24-də baş verənlər aprel döyüşlərinin davamı idi". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Erməni Milli Konqresi müxalif fraksiyasının rəhbəri, deputat Levon Zurabyan deyib.

"Fevralın 24-dən 25-nə keçən gecə cəbhədə baş verənlər ciddi nəticələrə gətirib çıxara bilərdi. Bu hadisə göstərdi ki, vəziyyət yenidən tamamilə nəzarətdən çıxır. Ermənistan tərəfi tez bir zamanda adekvat addımlar atmasa, bizi uzunmüddətli fəlakətlər gözləyə bilər"- deyə, deputat əlavə edib.