ABŞ-ın Kaliforniya ştatının Riversayd şəhərində yüngül motorlu təyyarənin havada qəzaya uğrayaraq yaşayış evlərinin üzərinə düşməsi nəticəsində insan ölümü baş verib. SİA İtar-Tass agentliyinə istinadən xəbər verir ki, Yerli hakimiyyətin bildirdiyinə görə, Cessna 310 ikimotorlu təyyarə Riversayd aeroportundan uçuşa qalxaraq San-Xose şəhərinə istiqamət alıb. Lakin uçuşdan az sonra qəzaya uğrayaraq yaşayış massivinin üzərinə düşüb. İlkin məlumatlara görə, təyyarədə 5 nəfər olub.
Dəqiqləşdirilmiş məlumatlardan sonra isə bəlli olub ki, 4 nəfər həlak olub. İki nəfər ər və arvad və üç nəfər yeniyetmə. Onların içindən yalnız bir nəfər qız yüngül xəsarətlər alaraq sağ qalıb. Təyyarənin düşdüyü evin sahibi də ciddi xəsarətlər alaraq xəstəxanaya qaldırılıb.
Qeyd olunur ki, təyyarə evin üzərinə düşdükdən sonra yanğın baş verib və iki ev alovlanıb. Qəzanın səbəbləri araşdırılır.
Rövşən Nurəddinoğlu