Şahin Diniyev: "Bizi maraqlı və ağır bir oyun gözləyir" AÇIQLAMA

28 Fevral 2017 09:54 (UTC+04:00)

Bu gün Gəncə şəhər stadionunda "Qəbələ"ni qəbul edəcək "Kəpəz" keçirilən son məşqlə qarşıdakı matçın hazırlığını tamamlayıb. SİA-nın məlumatına görə, "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın lideri ilə çətin sınaq öncəsi düşüncələrini bölüşüb: "Komandanın gücünə uyğun olaraq hər matça maksimum yanaşmalıyıq. "Qəbələ" bundan əvvəlki turda "Qarabağ" üzərindəki qələbədən sonra turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Mənə elə gəlir ki, bizi maraqlı və ağır bir oyun gözləyir. Ümumiyyətlə, son zamanlar asan oyunlarımız yoxdur. "Kəpəz" bu çətin qarşılaşmaya hazırdır. Hər oyuna hazırlaşdığımız kimi məşq etmişik. Sadəcə, qarşıdakı görüşdə taktiki cəhətdən bir az dəyişikliklər olacaq".

Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" matçı bu gün saat 15:30-da başlayacaq.