Xalq artisti Aygün Kazımova "İnstagram" səhifəsində makiyajsız və başında dəsmal olan fotosunu paylaşıb. SİA-nın məlumatına görə, müğənni 6 aydan sonra verəcəyi konserti haqda yazıb: " "Crystal hall"dakı konsertimə 6 ay qalıb. Yaradıcı işlər artıq yanvardan başlayıb, proses gedir. Mən isə özümü yenidən sıfırlayıb, başqa bir tərzdə görmək istəyirəm. Çünki qarşıma elə bir məqsəd qoymuşam ki, özüm-özümü on dəfə üstələməliyəm. Hər şeyə sağlamlığımdan başlamalıyam. Bunun üçün müxtəlif ölkələrə səfər etməliydim. Bu da məni yoracaqdı. Amma bir yaxınımın məsləhəti ilə burada qalıb, hər şeyə nail olacam".