Əli Naza hirslənib Bakıda evləndi?

28 Fevral 2017 09:40 (UTC+04:00)

"Zuhal Topalla" izdivaç verilişindən məşhurlaşan Naz Mila və onun üçün Bakıdan gələn Əli Əkbərdən xəbər var. SİA-nın məlumatına görə, Əli Naza görə Türkiyədən Bakıya geri dönüb. O, bu barədə verilişin komandasına da məlumat verməyib. Ötən həftənin cümə günü Bakıya qayıdan Əlinin sosial şəbəkələrdə evlilik fotoları yayılıb.

Canlı yayıma tək çıxan Naz şəkilləri gördükdən sonra pis olub və ağlayıb.

Daha sonra studiyaya telefon bağlantısı ilə qoşulan Əkbər yayılan şəkillərin bir şirkət üçün çəkiliş zamanı lentə alındığını, əslində isə evlənmədiyini vurğulayıb. O, Bakıya dönərək bir müddət ailəsinin yanında qalmaq və Nazla aralarında baş verənləri unutmaq istədiyini qeyd edib.