“Beşiktaş” “Qalatasaray”ı məğlub edib

28 Fevral 2017 09:41 (UTC+04:00)

Türkiyə Superliqasında 22-ci tura yekun vurulub. SİA-nın məlumatına görə, son oyun günündə turun mərkəzi qarşılaşması keçirilib. İstanbulda şəhərin iki komandası "Qalatasaray" və "Beşiktaş" üz-üzə gəlib. Əzəli rəqiblərin duelindən "qara qartallar" qələbə ilə ayrılıb - 1:0. Xalını 50-ə yüksəldən "Beşiktaş" liderliyini möhkəmləndirib. "Qalatasaray" isə 40 xalla 3-cü pillədə qərarlaşıb.

"Qalatasaray" – "Beşiktaş" 0:1
Qol:
Talişka, 47