Tramp müdafiə xərclərini 54 milyard dollar artıracaq

28 Fevral 2017 05:04 (UTC+04:00)

ABŞ-ın yeni büdcəsinin tərtibində prezident Donald Tramp müdafiə xərclərini 54 milyard dollar artıracaq. APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib. "Biz az xərcləyərək daha çox iş görmək niyyətindəyik, biz bu ölkəni möhkəmləndirəcəyik", deyə D.Tramp.

O, həmçinin ABŞ-da infrastrukturun müasirləşdirilməsi istiqamətində xərcləri artırmaq, prioriteti az olan layihələrə isə maliyyə vəsaitlərini azaltmaq barədə vəd verib.