"Dağlıq Qarabağda sülh qarşılıqlı güzəştdən keçir"

28 Fevral 2017 02:17 (UTC+04:00)

"Dağlıq Qarabağda sülh qarşılıqlı güzəştdən keçir." Axar.az erməni mediasına istinadla xəbər verir ki, bu sözləri Erməni Milli Konqresi fraksiyasının üzvü Levon Zurabyan parlamentdə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, eks-prezident Levon ter-Petrosyanın komandası 1991, 1994, 1998 və ondan sonra qarşılıqlı güzəştlərə cəhd edib:

"Düşünmürəm ki, hansısa ciddi və məntiqli adam sülhün vacib olduğunu, bunun isə qarşılıqlı güzəştlər olmadan mümkünsüzlüyünü başa düşməsin".