Braziliyada karnaval zamanı 20 nəfər yaralanıb

28 Fevral 2017 02:05 (UTC+04:00)

Dünən Braziliyanın Rio-de-Janeyro şəhərində ənənəvi karnaval zamanı rəqqasları daşıyan platforma idarəetməni itirərək hasara çırpılıb. APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Polis faktla bağlı araşdırma aparır.