Nərimanov prospektində hərəkət sabahdan məhdudlaşdırılacaq

27 Fevral 2017 18:43 (UTC+04:00)

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması çərçivəsində Nərimanov prospekti yenidən qurulur. Bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, sözügedən prospekt ilə avtonəqliyyat vasitələrinin hərəkəti fevralın 28-dən etibarən məhdudlaşdırılacaq.

Məhdudlaşdırma N.Nərimanovun heykəlinin yerləşdiyi ərazidən "Statistika dairəsi"nə qədər olan hissədə tətbiq ediləcək.

Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq.