Gürcüstanın həndbolçu qızları Bakıya gəliblər

25 Fevral 2017 00:05 (UTC+04:00)

Gürcüstanın həndbol üzrə gənclərdən ibarət qadın yığma komandası təlim-məşq toplanışı üçün Azərbaycana gəlib. Bu barədə Azərbaycan Həndbol Federasiyası məlumat yayıb. Xəbərə görə, Gürcüstan yığmasının Avropa çempionatının seçmə oyunlarına hazırlığı çərçivəsində fevralın 24-26-da Azərbaycanın "Gənclər Birliyi" və gənclərdən ibarət "Qarabağ" komandaları ilə yoldaşlıq oyunları keçirməsi nəzərdə tutulub.