"Traktorsazi" səfərdə "Məşəd"i məğlub edib

24 Fevral 2017 21:06 (UTC+04:00)

İran çempionatında 22-ci turun oyunları keçirilir. Qol.az-ın xəbərinə görə, Təbrizin "Traktorsazi" klubu səfərdə "Məşəd"lə qarşılaşıb. Matçın ilk dəqiqələrindən hesabda geri düşən təbrizlilər 2 qol vuraraq qələbə qazanmağı bacarıb - 2:1. Qeyd edək ki, 44 xalla 2-ci pillədə qərarlaşan "Al qurdlar"ı lider "Persepolis"dən 6 xal ayırır.