Monteneqrolu nazir: "“Cənub Qaz Dəhlizi” ətrafında prosesləri diqqətlə izləyirik"

23 Fevral 2017 17:33 (UTC+04:00)

"Monteneqro artıq gələn il TAP kəmərindən Bosniya və Hersoqovina, Albaniya, Xorvatiya və Monteneqroya ayrılacaq interkonnettinqin inşaedilməsinə başlanılacağına inanır. Hər 4 ölkə "Cənub Qaz Dəhlizi" layihəsinin icrasına böyük önəm verir". SİA-nın xəbərinə görə, bunu "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclası çərçivəsində keçirilən mətbuat konfransında Monteneqronun iqtisadiyyat naziri Draqitsa Sekuliç bildirib. "Cənub Qaz Dəhlizi" layihəsinin ətrafında prosesləri diqqətlə izlədiklərini deyən nazir onlar üçün "Cənub Qaz Dəhlizi" layihəsinin TAP hissəsini daha maraqlı olduğunu dilə gətirib: "Biz TAP layihəsinin tikintisini alqışlayırıq. Monteneqro artıq gələn il TAP kəmərindən Bosniya və Hersoqvina, Albaniya, Xorvatiya və Monteneqroya ayrılacaq interkonnettinqin inşa edilməsinə başlanılacağına inanır".