Neft Daşlarında bədbəxt hadisə baş verib

22 Fevral 2017 20:02 (UTC+04:00)

"Neftqaztikinti" trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oğlu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın "B" korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılıb. SOCAR-dan APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində baş verib. R. Yusifov aldığı xəsarətdən ölüb. Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.