Sabah paytaxtda bu istiqamətdə hərəkət məhdudlaşdırılacaq

22 Fevral 2017 17:32 (UTC+04:00)

Aparılan təmir işləri ilə əlaqədar olaraq Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində sabah səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.

Bu barədə SİA-ya "Azəravtoyol" ASC-ən məlumat verilib.

Hərəkətin məhdudlaşdırılması bir-neçə saat ərzində tətbiq ediləcək.

Göstərilən müddət ərzində sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.