24 yaşlı qız dəm qazından zəhərləndi

22 Fevral 2017 12:12 (UTC+04:00)

Gəncə şəhərində dəm qazından zəhərlənmə qeydə alınıb. 1993-cü il təvəllüdlü Qafarzadə Gülşən Siyavuş qızı hamamda olarkən zəhərlənib. Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyalından SİA-nın bölgə müxbirinə verilən məlumata görə, xəstəxanaya gətirilərkən gənc qızın vəziyyəti qənaətbəxş olmayıb. Xəstəyə lazımi tibbi yardım göstərilib.

Qeyd edək ki, hazırda xəstənin vəziyyəti orta ağırdır.

İlham Məmmədov