Azyaşlı uşağı maşın vurub

22 Fevral 2017 11:20 (UTC+04:00)

Şəmkir rayonunun Düz Qışlaq kəndində yol qəzası baş verib. 2010-cu i təvəllüdlü Zeynalov Hüseyn Nofəl oğlunu yaşadığı küçədə maşın vurub. Rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hələlik onu vuran şəxsin kimliyi bilinmir. Uşağın vəziyyəti isə orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov