“AtaBank”da pul köçürmə sistemləri üzrə aksiya davam edir

20 Fevral 2017 16:18 (UTC+04:00)

"AtaBank"da həyata keçirilən "Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə" aksiyası davam edir. Aksiyanın şərtlərinə əsasən, "AtaBank"ın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 20 min RUB məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 1 min AZN/ USD/EUR və ya 40 min RUB pul köçürənə və ya alana isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.

500 -1000 AZN/EUR/USD­ köçürmə və ya ödəm­ə üçün - 1 manat

1001 - 2000 AZN/EUR/USD­ köçürmə və ya ödəm­ə üçün - 2 manat

2001-5000 AZN/EUR/USD­ köçürmə və ya ödəm­ə üçün – 3 manat

5001 AZN/EUR/USD­ artıq məbləğdə köçürmə və ya ödəm­ə üçün - 5 manat

Hazırda bankımız öz müştərilərinə 6 növ sürətli pulköçürmə sistemi üzrə xidmət göstərir. Bunlar Western Union, Zolotaya Korona, Blizko, Xəzri, Contact və Lider sürətli pulköçürmə sistemləridir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.