İki nəfər dəm qazının qurbanı olub

18 Fevral 2017 13:38 (UTC+04:00)

Ötən gün Binəqədi rayonunda iki nəfər dəm qazının qurbanı olub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, fevralın 17-də Binəqədi rayonunda yaşayan Həbib Əliyev və Biləcəri qəsəbəsində yaşayan Nailə Zeynalova evlərində dəm qazından zəhərlənərək ölüblər.

Baş vermiş hadisələrlə bağlı araşdırmalar aparılır.