Səbinə: "Yanan mən oldum"

18 Fevral 2017 09:51 (UTC+04:00)

Torpağa tapşırılan mərhum rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə hislərini "İnstagram" səhifəsində dilə gətirib. SİA-nın məlumatına görə, Səbinə bu sözləri yazıb: "Bu gün məni tək, sənsiz qoydun getdin. Can yoldaşım, getməyini heç istəmirdim. Qar da, yolları elə bağlamışdı ki... Sən soyuğu heç sevmirdin, üşüyürdün. Yanan mən oldum, Şahinim. Rəhmət sözünü heç sevmirdin, amma dünyanı dəyişdin. Əbədi dünyaya getdin. Söz verirəm, Seyyid Əlini istədiyin kimi böyüdəcəyəm. Sən də, görüb qürurlanacaqsan".