Lənkəran teatrında yeni tamaşa

14 Fevral 2017 16:28 (UTC+04:00)

Lənkəran Dövlət Dram Teatrında Rövşən Ağayevin "Bir gecənin nağılı" komediyasının məşqlərinə başlanılıb. SİA-nın məlumatına görə, iki gəncin maraqlı tanışlığından və taleyindən bəhs edən bu səhnə əsərinin quruluşçu rejissoru, respublikanın əməkdar artisti Adil Zeynalov, rejissoru Əlibala Əsgərov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Tamaşada Namiq rolunu Səyad Əliyev və Tərlan Abdullayev, Gülnaz rolunu isə Şəbnəm Hüseynova və Günel Abbaszadə ifa edəcəklər.

Tamaşanın martın sonlarında sənətsevərlərin ixtiyarına veriləcəyi nəzərdə tutulub.