Ramin Quluzadə nazir təyin edildi

13 Fevral 2017 14:30 (UTC+04:00)

Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. SİA-nın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilsin".