Xəzər dənizində zəlzələ olub

13 Fevral 2017 10:41 (UTC+04:00)

Bu gün Xəzər dənizində 3.2 bal gücündə zəlzələ olub. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 09:26:59-da qeydə alınıb.

Episentri 59 km dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.