125 nömrəli marşrut xətti istifadəyə verilib

12 Fevral 2017 21:16 (UTC+04:00)

Bakıda yeni marşrut xətti açılıb. Lent.az xəbər verir ki, "Baku Bus" 125 №-li marşrut xəttini istifadəyə verib. Bu marşrut üzrə avtobuslar 28 Мay metrostansiyası - Sahil metrostansiyası - Bayıl qəsəsəbəsi - 20-ci sahə - Bibi Heybət - Şixov çimərliyi - Binə Ticarət Мərkəzi istiqamətində və əks istiqamətdə hərəkət edəcəklər. Gediş haqqı 25 qəpikdir.