NATO qüvvələrinə aid qırıcıların Əfqanıstanın Helmand əyalətinin Sangin mahalında dinc sakinləri hədəf alması nəticəsində 11 nəfər ölüb. Axar.az xəbər verir ki, bu sözləri Sangin Xalq Şurasının sədri Hacı Mira Can deyib.Helmand valisi Hayatullah Hayat isə bombalanan evlərin Talibana aid olduğunu iddia edib. NATO-nun yaydığı açıqlamada isə məsələ ilə bağlı məlumatların araşdırılacağı vurğulanıb.