YouTube bunu da etdi

9 Fevral 2017 08:41 (UTC+04:00)

Mobil youtube istifadəçiləri üçün bundan sonra canlı yayım funksiyası aktiv olacaq. Sözügedən funksiya, servisin mobil tətbiqinə inteqrasiya olunub. Canlı yayıma başlamaq üçün sadəcə olaraq buna görə nəzərdə tutulmuş düyməyə basmaq lazımdır. Hal-hazırda yeni funksiya yalnız 10.000 izləyicisi olan istifadəçilər üçün aktiv olsa da, yaxın zamanda hamı üçün təqdim ediləcək. Bundan əlavə olaraq "youtube"a daha geniş Super Chat özəlliyi əlavə olunacaq.

Qeyd etmək lazımdır ki, keçən ay "youtube"a ödənişli şərhlər funksiyası əlavə edilmişdir. İndi həmin funksiya daha 20 ölkə üçün aktiv edilib. Ödənişli şərh vasitəsilə yazılmış şərh, çatın yuxarı hissəsində müəyyən vaxt ərzində xüsusi rəngdə qalır. İstifadəçinin isə hansı ölkədə yaşamasından asılı olaraq şərhlərin qiymətləri dəyişir.