Nəcibə İlkin (Babakişiyeva) 1961-ci idə Tərtər rayonunun Sarov kəndində doğulub. Moskva Texnologiya Uiversitetni bitirib. 400-ə yaxın kitabların redaktoru və ön söz müəllifidir. 10 şeirlər və publisist kitablar müəllifidir. "Azad Qələm" qəzetinin və "Ali Ziya "jurnalının baş redaktorudur.
Yağ ey yağış....
Sən yağanda könlüm simi,
Elə həzin pıçıldaşır....
Həstət çəkən sevgililər
Sanki bu an qucaqlaşır...
Bu xəzanlı qucaqlasma,
Yad görüşünə bənzəyir...
Hər qucağın payız əlləri
Hər əllərin isti qucağı..
Bir də tənha ocağı ..
Bilirəm ki, darıxmısan
Yerin üçün, yurdun üçün...
Bilirəm ki darıxmısan
Gözündə öldürmək
İstədiyun qurdun üçün..
Bu həsrət tanqosunu
Gəl birgə rəqs edək....
Sən üzü payıza
Mən üzü qışa...
Rəhmin gəlməsin
Üzümdə donan yaşa...
Bu sevginin daha inanmlram
Yay fəslinə,
Yaz fəslinə...
Onlar xəzana dönüb
Dayanbılar bir birinin qəsdinə..
***
Ruhum şeir havasıyla,
Dolanlr sevda bağımda.
Bulud kölgəsinə dönüb,
Kipriklərim yanağımda.
Bu həsrətin qəm yuxusun
Gözümdə bükən olaydı.
Qana dönmüş ürəyimin,
Şəklini çəkən olaydı....
XƏYALLARIMIN YAĞIŞI
Bu gün gözəl havadı...
Təbiət kimi xəyallarım çiskinli, yağışlı.
Xəyallarımı qucuram,
Başqa bir aləmə uçuram.
Xəyallarımın göz yaşında boğuluram.
Yenidən sevmək istəyirəm,
Bu sevgidən ölmək istəyirəm,
Nifrətimi qara kəfən edib geymək istəyirəm.
Dərdlərimi mumiyalayıb
Haqsızlığın ürəyinə damğa vuracaq
Bir ömür sürmək istəyirəm.
Xərçəng kimi damarlarımı qamarlayan
ayrılığın yolunu kəsmək istəyirəm.
İçimdəki təlaşı, yoxsul niyyətləri
aldatmağa çalışıram..
Zəhər dadan həyatı yükləyib
çiyinlərimə ürəkdən gülmək istəyirəm.
Qoy eşitsin bu yağan yağış
qəlbimdən keçənləri.
Üzü soyuq xatirələr də
ayaqlarımı dondurur.
Həyatı mənə yenidən qandırlr.
Gələcəyimə pəl vuran xatirələr..
Eh..nələr, nələr..
Günahlarımla savaşıram
Sözlərim dilimdə dolaşır,
Eh...hər şey məni
Aldatmağa çalışır....,
Gəlmə görüşümə...
Gəlmə görüşümə, gəlmə,
Heç zəng də eləmə...
Unut olub keçənləri,
O mənli xatirələri...
Heç olmamış kimi
Qara bir örtüyə bük, bərk-bərk!
Üstündən qara bir xətt çək!
Hicranımın əli elə qanlıdı,
Səni yenidən ağuşuna alacaq,
Bakirə hisslərimi oyadacaq..
Yox .. istəmirəm, gəlmə.
Könlümün yuvasında sənin üçün
üşüyən günlərimi qoruyuram..
Yana-yana sevgi ilmələrimi toxuyuram.
Həsrətimin üzü elə soyuqdu,
Lap Sibirin uzaqları kimi...
Əllərim yanır, sənin üçün alışan
dodaqlarım kimi.
Sökəyirəm dodaqlarımı
həsrətimin buz aynasına,
Soyuq nəfəsində çırpınıram,
Özümü məhbəsdə sanıram.
Gəlmə görüşümə.
Gəlsən də danışma, dinmə...
Get.. bütün ümidlərim sənin olsun,
Təkcə bir şeyi aparma,
Sənsizliyimi....
Bəxtim ağlayır
Dönüb xəyallarım sısqa yağışa,
İlqarım ağlayır, əhdim ağlayır.
Dönüb yollarımda qarlı yağışa,
Yenicə dil açan bəxtim ağlayır.
Sən demə aldanıb yaz vədəsinə,
İndi də baxıram qışa dönmüşəm.
Uymuşam eşqimin bülbül səsinə,
Yuvası dağılmış quşa dönmüşəm.
Yazdığım məktublar düşür yadıma,
Danlayır üzümü yazdığım sözlər.
Nələr yazmamışdın mənim adıma,
Göynədir qəlbimi qoyduğun izlər.
Eh...həyat yalanmış, sevgi yalanmış,
Olmuşam ömrümün bahar yorğunu.
Gələn səadət də üzdə olanmış,
Çəkməyir sinəmdən sevda oxunu.
Haqqımı asıblar
Haqqımı asıblar dar ağacından,
Həqiqət mülkümü yoxa çəkiblər.
Qeyrətim, vucdanım ölür acından,
Hünərimi kəfən kimi büküblər.
Bilmirəm namərdəm, bilmirəm mərdəm,
Haqq dəyirmanında üyünən dərdəm.
De hansı dərdimin üstünü örtəm?!
Dərdimin üstünə min dərd əkiblər.
Haqsızlıq içində boğulduq, axı....
Görəsən biz niyə doğulduq, axı...
Cəngavər libasda haqq meydanında,
Vaxt vardı qızıydlq, oğulduq, axl?!!!
Tutub ətəyindən inildəyirik,
Haqq deyən dilimiz soyulur, Allah.
Haqsız yol gedənə haqlı deyirik,
Haqq görən gözümüz oyulur Allah.
Haqqın bostanına daş atan kəsin,
Kürsüsü böyüyür, sözü böyümür.
Haqsızı gücüylə boğan haqq səsin,
Kəlməsi böyüyür, özü böyümür!
Dilimiz öyrəşib böhtana, şərə,
Yalanlar içində üzürük, Allah.
Namusu, qeyrəti cibdə gəzdirib,
Çirkin əməllərdə azırıq, Allah!
Paxıllıq, xəyanət əfi ilan tək,
Hər kəsin qoynunda qıvrılıb yatır.
Doğru libasını geyən yalanlar,
Haqqın meydanında olubdur qatır.
İçib ürəyimin qanınl bəzən,
Haqsıza baş əyib əlin tutanlar.
Mələk libasında ürəklər gəzən,
Şeytan kölgəsində rahat yatanlar..
EŞQİMİN QIŞ HARAYI
Payız elə gəldi, qış belə getdi,
Ayrılıq küləyi əsdi bir ucdan.
Görüşə bilmədik bu necə dərddi?
Qar da yolumuzu kəsdi bur yandan.
Sanki acıq çıxır təbiət bizdən,
Görüşmək vədəmiz uzanır yaman.
Həsrət də qar kimi gözlərimizdən-
Yağıb yolumuzda qoparır tufan.
Bölündük sevginin fəsillrinə,
Eşqimiz baharkən, özümüz qışıq.
Bəlkə ömrümüzün son illərindən,
Bəxtin yollarına atılmış daşıq?!
Eh…yenə səbrimin üstünə əsir,
Sənin gətirdiyin şaxta, qar, boran.
İnan ki, yolumu eşqimiz kəsir,
Yoxsa bu yollarda kimidi ki, duran?!
Məni mənsiz tapan eşqim
Çiçəklərin qönçəsiydi,
Sevgilərin öncəsiydi,
Taleyimin bircəsiydi,
Məni mənsiz tapan eşqim.
Əvvəl-əvvəl qan elədi,
Canımı candan elədi,
Bəxtimlə üsyan elədi,
Məni mənsiz tapan eşqim.
Dağlarımın göy üzüydü,
Hər gecəmin gündüzüydü,
Bəlkə bəxtimin özüydü,
Məni mənsiz tapan eşqim.
Ay halımdan bixəbərlər,
Bilin, nələr çəkdim, nələr…
Məni eylədi "bəxtəvər",
Məni mənsiz tapan eşqim.
***
Bağışla yuxuna gələ bilməyib,
Yuxudan oyatdım səni bu səhər.
Yuxuda könlünü ala bilməyib,
Oxşamaq istədim səni bir təhər.
Bəlkə də yuxuna gəlsəydim sənin,
Üzünə ömürlük həsrət olardım.
Könlümdən uzaqda görsəydim səni,
Özünə bir yollluq həsrət qalardım.
Burax əllərimi...
Burax əllərimi, qoy çıxım gedim,
Nəyinə lazımdır sənin bu sevgi.
Həsrəti gözümə qoy sıxım gedim,
Olsun ürəyimə qənim, bu sevgi.
Nə əhlət daşıyam, nə ümid yeri,
Yorulub, yoğrulan qəm ağacıyam.
Burax əllərimi qoy çıxım gedim,
Bəlkə bir ürəyin ehtiyacıyam...
Ağacdan yonulub, daşdan yonulub,
Bəxtimin naxışlı oyuncağı tək.
Qıfıl da asılıb könül taxtından,
Nəzəri qaytaran göz muncuğu tək.
Burax əllərimi, a sevda yolçum,
Kipriyim asılıb göz yaşlarımdan.
Qurtara bildimmi, sevəm də səni,
Taleyin atılan bəd daşlarından.
Burax əllərimi, qoy çıxım gedim,
İsti baxışında əriyən buzam.
Bu ömrün qışında axı nə edim,
Mən sevgi bağına gec gələn yazam.
Söz eləmisən
Səndə nə günah var, gedən ruhumu,
Qaytarıb yenidən təzələmisən.
Bir az alovunla, bir az odunla
Eşqimin bağına köz ələmisən.
Sev məni, beləcə sevdiyin kimi,
Olmuşam qəlbimin qəddar hakimi,
Hər nə edirəmsə kötür ərkimi,
Demə hər sözümü söz eləmisən.
Dəliyəm, gözümdən uzaqlaşanda,
Yaman kövrək ollam bir az coşanda,
Sənə vurulmuşam desəm son anda,
Axı, qış ömrümü yaz eləmisən.
Özümüzə tale yazdıq
Üzülməyən sevgimizin,
Ürəyini niyə üzdük,
Özümüz də heç bilmədən,
Yolumuzu tərsə düzdük.
Yol gözləyən izimizin,
Dedik həsrət, kədər bizim,
Şirin dadan sevgimizin,
Badəsinə acı süzdük.
Kim uduzub, kim nə udub,
Şirin anları unudub,
Fələyin əlindən tutub,
Özümüzə tale yazdıq.
Duyğuların qanadıyam
Buz bağlayan yollarını,
Nəfəsimlə əridəydim,
Bu ağlayan sevdamızı,
Gücüm çata, kiridəydim.
Bir dünyalıq can oduyam,
Duyğuların qanadıyam,
Mən sevginin öz adıyam,
Göydə sevib, yerə dəydim.
Yaz dərdimi, yaz aramla,
Nə yaşıyım bu yaramla,
Vüsalımı damla-damla,
Ürəyinə yeridəydim.
MƏNƏ BİR ŞEİR YAZ...
Mənə bir şeir yaz sevgi ünvanlı,
Yaz ki, darıxmışam, ölmüyüm sənsiz.
Mənə bir şeir yaz, lap Məcnun kimi,
Ol, dəli-divanə, bilmiyim sənsiz.
Mənə bir şeir yaz, başı havalı,
Gözündən süzülən yaşı havalı,
Qayası havalı, daşı havalı,
Hər yana səs salsın, gülmüyüm sənsiz.
Yaz ki, çox darıxıb, görüş yerimiz,
Od tutub alışır, çataq birimiz,
Aramızda qalan gizli sirrimiz,
Açılıb bükülsə gəlmiyim sənsiz.
Mənə bir şeir yaz, amma gizlicə,
Doyunca ağlayım, gülüm bu gecə,
Sıxıb ürəyimin üstə beləcə,
yuxuya getməyə qalmıyım sənsiz.
BİLMİRƏM
Sən ömür baharı, mən könül qışı,
Haraya gedəcək bu yol, bilmirəm.
Mən bəxtin önündə payız yağışı,
Alırsan könlümü gəl al, bilmirəm.
Ayrılıq deməyə gəlmədi üzüm,
Verdiyin vədəndə qışladı sözün,
Həsrəti eyləyib dağ, dərə, düzüm,
Çəkdin sinəm üstə min yol, bilmirəm.
Könlümün evinə bir yol uçduğun,
Gözümdən gizlənib, nədən qaçdığın,
Hər məni görəndə geniş açdığın,
Kimlərə açılır o qol, bilmirəm.
Deməyin, sərxoşam xumar çəkibdi,
Mənə nə dağ çəkib o yar çəkibdi,
De kimin saçına tumar çəkibdi,
Əlimdə buzlayan o əl, bilmirəm.
Mən səni sevən deyiləm
Bir sevgisən, öz içimdə,
Lal olubdu söz içimdə,
Olsan yanar köz içimdə,
Mən səni sevən deyiləm.
Bu eşqin baxıb dadına,
Heç yaraşdırma adına,
Gəl məni salma oduna,
Mən səni sevən deyiləm.
Xəyal olub düşdüm yola,
Yenə də sənlə qol-qola,
Milyon var-dövlətin ola,
Mən səni sevən deyiləm.
Əlim əlindən asılı,
Könlüm könlünə qısılı,
Desələr bu baxt yazılı,
Mən səni sevən deyiləm.
Mən bir azca utancğam,
Könül isitməz ocağam,
Yaxın dursan yanacağam,
Mən səni sevən deyiləm.
Deyən, çox etdim ərkimi,
Sözüm yandırsın hər kimi.
Sən məni sevdiyin kimi,
Mən səni sevən deyiləm.
Kişilər var…
(Bir nəfər..''kişi qalmayıb deyənə'')
Kişilər var, çoxdu qağa,
Meydan gədəyə verilib.
Yaxşılar pisin əlində...
Tükləri bir-bir dərilib.
Ulağımız arpa yeyib,
Sonra dönüb olub qatır.
Şir dovşanın ümidində,
At samanla başın qatır.
Pələngin ağzı göydədi,
Özünə bir ''yal''axtarır.
Çaqqal daha leş bəyənmir,
Göylərdə qartal axtarır.
Tısbağa qınından çıxıb,
Lüt-üryan gəzir ortada.
Qurbağadan bala tutub,
Sonra gedir ''məşdibada''.
Dovşanın kələyin kəsib,
Meşənin şiş tazıları.
Canavar lubasın geyib,
Yırtıb, deşir quzuları.
Qarğaların qarıltısı,
Götürübdü düz-dünyanı.
Bülbüllər səsini kəsib,
Gözləyir abır-həyanı.
Pişiklər itə sığınır,
Sülh istəyir, sülh ay aman.
At cilova gəlməyəndə,
Dərisinə təpilir saman.
Əyilib əyilməz başlar,
İnsaf çəkilibdi dara.
Qeyrətimiz yas içində,
Libasın geyibdi qara.
Yuxuma gəlmişdin....
Yuxuma gəlmişdin yenə bu axşam,
Gördüm ki, yamanca qaşqabaqlısan.
İstədim oxşayıb könlünü alam,
Əsdi güclü külək, şığıdı leysan.
Bilmədim sən harda, mən harda qaldım,
Qaçdım gah o yana, gah da bu yana.
Səni itirdiyimə alışıb yandım,
Həsrərindən bağrım döndü al-qana.
Birdən yağış kəsdi, külək dayandı,
Tələsdim bir anda çatmaqçın sənə.
Hər tərəf qaranlıq zindana döndü,
Toxunan zamanda əlim əlinə.
Qışqırdım! ''Yenə sən harda qalmısan!''
Özüm-öz səsimə oyandım hərgah.
Onsuz da bilirəm məni atmısan,
İnadın gücündən qorxarmış Allah!
Çox baxacaqsan…
Küsmüşəm, barışan deyiləm daha,
Çıxıb gedəcəyəm bir qərib yerə.
Sənsiz gözlərimdə doğan sabaha,
Baxıb hönkürəcəm inan, min kərə.
Boylanıb qəlbimin pəncərəsindən,
Dikəcəm yoluna həsrət gözümü.
Diksinib qalxacam qəfil səsindən,
Yenə axtaracam özüm-özümü..
Gecələr bürünüb hicran donuna,
Vüsal yuxumuza lay lay deyəcəm.
Yenə yuxularda qaçıb yanına,
Yenə də bir anlıq sənin olacam.
Ayılıb həsrətin qəm yuxusundan,
Eh…məni o qədər axtaracaqsan.
Yapışıb könlümün lal yaxasından,
Mən gedən yollara çox baxacaqsan.