“Məryəm” qısametrajlı filmi nümayiş olunub

31 Yanvar 2017 22:18 (UTC+04:00)

Yanvarın 31-də "YARAT" Müasir İncəsənət Mərkəzində rejissorlar Xəyyam Abdullayev və Elməddin Alıyevin ekranlaşdırdığı . Ekran əsəri gənc rəssam Məryəm Ələkbərlinin yaradıcılığı əsasında çəkilib. Film rəssamın əsərləri, onun dünyagörüşü, düşüncə tərzi və yaradıcılığından ibarət bitkin bir fikrin dünyaya çatdırılmasına xidmət edir.

Filmdə hadisələr uydurma bir məkanda baş verir. Otağın içərisində yaradıcılığı ilə təkbətək qalan ağbirçək rəssam, əsərləri vasitəsilə yenidən öz həyatının başlanğıcına qayıdır. Azərbaycan dilində rus subtitrləri ilə təqdim olunan film maraqla qarşılanıb.