Mən sənin qədrini bilmədim heç vaxt,
İndi anladım ki, mən heçəm sənsiz.
Eh!..Sənsiz gülmədi üzümə bu baxt,
İndi anladım ki, mən heçəm sənsiz.
* * *
Getdi bu ömrümün ən gözəl çağı,
Saraldı qəlbimin bağçası, bağı,
Verdi həyat mənə zəhrimar, ağı,
İndi anladım ki, mən heçəm sənsiz.
* * *
Daha danışmıram, lal- dinməz, susqun,
Bəxtimdən, yazımdan, özümdən küskün.
Özüm buradayam, ruhumsa köçkün,
İndi anladım ki, mən heçəm sənsiz.
YUNİS QARAXANOV